RU

Ərdahanda Xocalı soyqırımı mövzusunu beynəlxalq münasibətlər kontekstində müzakirə edəcəklər

Ankara, 21 fevral, AZƏRTAC

Çərşənbə günü, fevralın 26-da Türkiyənin şimal-şərqində yerləşən Ərdahan Universitetində “Xocalı soyqırımı beynəlxalq münasibətlər kontekstində” mövzusunda panel müzakirəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, müzakirələrdə yerli universitetin müəllimləri ilə yanaşı, Qafqaz Universitetinin (Qars) professorları da iştirak edəcəklər.

Tədbir iştirakçılarına Qarabağ bölgəsinin tarixi, ermənilərin Cənubi Qafqazda qanlı əməllərinin miqyası və nəticələri, Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi, o cümlədən Ermənistanda cinayətlərdə əli olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində atdığı addımlar, Xocalı soyqırımının dövlətlər arasında ikitərəfli və qlobal münasibətlərə təsiri barədə məlumat veriləcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
11
azertag.az

1Источники