RU

Bakıda gecə saatlarında güclü külək səbəbindən 5 ağac sınıb - Yenilənib

Gecə saatlarında güclü külək səbəbindən Bakıda 5 ağac sınıb...

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Qeyd olunub ki, BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi sınan və zədələnən 5 ədəd ağacı operativ şəkildə götürüb, zədələnən budaqlar budanıb və ərazi təmizlənib.

***

Havaların qeyri-sabit və küləkli keçməsi nəticəsində paytaxtda bir neçə yerdə ağac və budaqlar sınıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Qeyd olunub ki, BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi gecə saatlarında sınan ağac və budaqları götürüb.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit və arabir yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Poliqon.info

Избранный
23
3
poliqon.info

4Источники