
Çində bir qrup alim yarasalarda insanları yoluxdurmaq potensialı olan yeni koronavirus aşkar edib.

E-saglam.az xəbər verir ki, bu barədə məlumatı Quancou Elmlər Akademiyası, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun alimlərinin apardığı araşdırmaların nəticələrinə istinadən “South China Morning Post” yayıb.
“HKU5-CoV-2” olaraq adlandırılan yeni virusun insan hüceyrələrini də yoluxdura bildiyi qeyd olunub.
Alimlər hələ panika üçün əsas olmadığını da vurğulayıblar. Bildirilib ki, yeni virusun effektivliyi COVID-19-da olduğundan əhəmiyyətli dərəcədə azdır.
Bununla belə, mütəxəssislər hesab edirlər ki, virusun daha diqqətli araşdırılmasına ehtiyac var. (Qafqazinfo)