RU

Türkiyənin xarici işlər naziri Hakan Fidan çinli həmkarı Vanq Yi ilə görüşüb

Türkiyə diplomatiyasının rəhbəri Hakan Fidan Yohannesburqda çinli həmkarı Vanq Yi ilə görüşüb.

Editor.az bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə çinli nazir bildirib ki, Pekin sülh və əmin-amanlığın birgə qorunması üçün terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığı gücləndirməyə hazırdır. O, terrorizmin bütün formalarına qarşı qətiyyətli mübarizənin iki dövlətin ümumi maraqlarına uyğun olduğunu vurğulayıb.
Vanq Yi qeyd edib ki, Çin Türkiyə ilə əlaqələrə böyük əhəmiyyət verir və onlara Yaxın Şərqdə mühüm diplomatik yer verir.

Departament rəhbəri Pekinin inkişaf sahəsində strateji əlaqələri dərinləşdirməyə, ölkələrin və regionun rifahı naminə əməkdaşlıq miqyasını genişləndirməyə hazır olduğunu bəyan edib.

Öz növbəsində, türkiyəli nazir bildirib ki, Ankara terrorizmlə mübarizədə və müxtəlif səviyyələrdə hüquq-mühafizə işlərində iki tərəf arasında əməkdaşlığı gücləndirməyə davam edəcək. Bundan əlavə, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Çinin Ukrayna münaqişəsi, Yaxın Şərqdəki vəziyyət və digər məsələlərlə bağlı mövqeyini yüksək qiymətləndirib.

//Samir Qurbanov, Editor.az

Избранный
20
editor.az

1Источники