Bakı, 21 fevral, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Anar Axundov Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəliyində duran məsələlər, o cümlədən iqtisadi-ticarət əlaqələrinə dair fikir mübadiləsi aparılıb.