RU

MİDA Hövsanda sosial binaların tikintisinə 30 milyon manat pul ayırıb

“MİDA” MMC “Bakı şəhəri,Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,31 ha torpaq sahəsində 5 çoxmənzilli yaşayış binasının və mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması” tenderinin nəticələrini elan edib.

“MİDA” Yevlaxda sosial evlərin tikintisinə 6 milyon manatdan çox - PUL XƏRCLƏYƏCƏK

FED.az xəbər verir ki, tenderin qalibi “Amal Group” MMC (VÖEN: 1305578581) olub.

Qalib şirkətə 27 285 107 manat ödəniləcək.

Qeyd edək ki, “Amal Group” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Orxan İbrahimli Asif oğludur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, Ev 44, Caspian Plaza 2-ci korpus,15-ci mərtəbə ünvanında yerləşir.

 

Избранный
12
2
fed.az

3Источники