Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq. “Neftçi” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək.
Fevralın 22-də daha iki görüş reallaşacaq. Əvvəlcə “Araz-Naxçıvan” - “Səbail” görüşü baş tutacaq. Turun mərkəzi matçında isə “Qarabağ” və “Sabah” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.
24-cü turun son oyun günündə - fevralın 23-də də iki görüş keçirilməlidir. “Şamaxı” “Turan Tovuz”u, “Zirə” isə “Kəpəz”i qəbul edəcək.
Azərbaycan Premyer Liqası, 24-cü tur
21 fevral
19:00 Neftçi – Sumqayıt
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev.
“Neftçi Arena”.
22 fevral
16:00 Araz-Naxçıvan – Səbail
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov
“Liv Bona Dea Arena”.