RU

Naxçıvanda yol təmir istismar şirkətləri birləşdirilib

Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan yeddi yol təmir istismar şirkəti fəaliyyətini dayandırıb.

Fəaliyyətini dayandıran “Ordubad Yol Təmir İstismar”, “Sədərək Yol Təmir İstismar”, “Şahbuz Yol Təmir İstismar” və “Babək Yol Təmir İstismar”, “Kəngərli Yol Təmir İstismar”, “Şərur Yol Təmir Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətləri “Naxçıvan Yol Təmir Tikinti” MMC-yə qoşulur.

Bu qoşulma nəticəsində “Naxçıvan Yol Təmir Tikinti” MMC yenidən təşkil edilir və adı “Naxçıvan Yol Təmir Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq dəyişdirilir.

Qeyd edək ki, “Babək Yol Təmir İstismar” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi Əsgərov Arif Əsgər oğludur.

“Ordubad Yol Təmir İstismar” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi İsazadə Türkan İsa oğludur.

“Sədərək Yol Təmir İstismar” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 min manat olan MMC-nin qanuni təmsilçisi Zamanov Malik Vəliyev oğludur.

“Şahbuz Yol Təmir İstismar” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi Dadaşov Səbuhi Bəşir oğludur.

“Kəngərli Yol Təmir İstismar” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Mehdiyev Çingiz Mehman oğludur.

“Şərur Yol Təmir Tikinti İstismar” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi İbrahimov Mikayıl Məmməd oğludur.

// APress.az

Избранный
13
6
apress.az

10Источники