Hava şəraiti ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qarlı, şaxtalı havada hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə polis əməkdaşları səfərbər edilib.
"Tədbirlər davam etdirilir",- deyə məlumatda qeyd edilib.