RU

Bayden Azərbaycanın regional gücünü hesablaya bilmir– ÖZƏL

Siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında 3+3 formatı haqqında fikirlərini bölüşüb. O, bu formatın Prezident İlham Əliyev tərəfindən qələbədən sonra irəli sürüldüyünü və bölgədə əməkdaşlığı gücləndirməyə yönəldiyini bildirib.

Kazımov, təəssüflə qeyd edir ki, regionun bir çox ölkələri bu formatın yaranmasında maraqlı olmadı, əksinə, ona qarşı çıxdılar. O, Ermənistanın sülhdən yayınması, Azərbaycana  qarayaxma kampaniyalarının davam etməsi, İranın Ermənistanın haqsız mövqeyini dəstəkləməsi və Rusiyanın AZAL təyyarəsi məsələsində qeyri-adekvat davranışlarının 3+3 formatının zədələnməsinə səbəb olduğunu vurğulayıb.

Bundan əlavə, 3+1 formatına toxunaraq, ABŞ Prezidenti Co Baydenin Cənubi Qafqazı anlamadığını və Azərbaycanın regional gücünü hesablaya bilmədiyini bildirib. Kazımov, Baydenin Cənubi Qafqaz siyasətinin erməni lobbisinə yaxın tərəflər tərəfindən yönləndirildiyini, nəticədə isə onun uğursuz bir siyasətçi kimi tanınacağını qeyd edib.

Xatırladaq ki, Azərbaycanın Qarabağ Zəfərindən sonra Türkiyə respublikasının   Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevlə birgə hazırladıqları Cənubi Qafqazın üç ölkəsi,Türkiyə, Rusiya və İrandan ibarət altılıq, yaxud da "3+3" əməkdaşlıq platforması gündəmə gəlib. Yeni format təkcə siyasi və təhlükəsizlik deyil , həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Hesablamalara görə "3+3" formatında olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Bu yeni format 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə birincidir. Bu miqyas onu göstərir ki, bu formata daxil olan ölkələr arasında qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları çox genişdir. 

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
32
olaylar.az

1Источники