RU

Buna nə dərəcədə nail olub - olmamağıma özünüz rəy verin

Bildiyiniz kimi mənim səhifəmin əsas mövzusunu, bel sütununu Qarabağ həqiqətləri təşkil edir . Bir çoxlarından fərqli olaraq, mən xalqımızın qan yaddaşı olan, Əsrin faciəsi Xocalı soyqırımı barədə fevral ayının ikinci yarısında deyil, ilin bütün aylarında bildiklərimi, gördüklərimi Sizlərə çatdırmağa cəhd edirəm. Buna nə dərəcədə nail olub - olmamağıma isə özünüz rəy verərsiniz .
Bir Xocalı sakini və Qarabağ münaqişəsinin ilk günlərindən sonuna qədər hadisələrin ən qaynar nöqtələrində olan ancaq hər zaman kölgədə qalmağı seçən bir insan olmuşam. Lakin əksər hallarda Qarabağ hadisələri barədə yanlış məlumatlar verən insanların səhvlərini düzəltməyə çalışıram .Çünki bu bizim tariximizdir . Və səhv deyilmiş bir fikri tirajlayan mediamız saxta tarixin yaranmasına, gənc nəslin beyninə yeridilməsinə şərait yaradır. Bu isə təbii ki , həmin yazıların müəllifləri ilə aramızda mənasız söz güləşdirməsinə, mübahisəyə səbəb olur. Baxmayaraq ki,  təbiət etibarı ilə sakitliyi sevən, lüzumsuz mübahisələrdən uzaq durmağa çalışan bir insan olsamda , belə hallarda seyrçi mövqedə qalmağı bacarmıram. Əfsuslar olsun ki , belə movzular ətrafında yaranan polemika həqiqəti ortaya çıxarmaq əvəzinə , həmin yanlış məlumatların yayılmasına səbəbkar olan müəlliflərin mənə qarşı aqressiv münasibətinə səbəb olur. Çünki bir çoxlarında səhvini vaxtında anlamaq bacarığı olmadığı kimi səhvini etiraf etmək mədəniyyəti də inkişaf etməmişdir. Uzun illər boyu mediada təkrar - təkrar tirajlanmış həmin yanlışların bir neçəsini Sizə təqdim edirəm.
Keçən ilə qədər söhbət gedən ərazilərin işğalda olması baxımından həmin yanlış məlumatları əyani şəkildə göstərmək qeyri mümkün idi .Antiterror əməliyyatlarından sonra artıq hər birimiz rahat şəkildə işğaldan azad olunmuş yerləri ziyarət edıb, bu məlumatların səhih olub - olmamasını izləyə bilərik.
Şükürlər olsun ki , artıq dərə xəlvət olmadığı kimi, tülkü də bəy deyildir!

1.Qaraqaya Xocalı deyil!

Uzun illər boyu mətbuatımız Qaraqayada baş vermiş faciəni , mühasirəyə düşən insanların xilas olmasında iştirak etmiş döyüşçüləri, faciəni lentə alan operatorları pafosla "onlar hadisədən xəbər tutan kimi dərhal Xocalıya yollandılar" kimi yanlış məlumatla ölkə ictimaiyyətinə sırımışlar .
Xocalıların xilas edilməsində iştirak edən hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm .Bununla bərabər baş vermiş hadisələrin təhrif olunmuş formada yayılmasının qarşısını almaq zərurətini bir daha diqqətə çatdırmaq istəyirəm.

2. Xocalı müdafiəsində iştirak etmiş Milli Qəhrəmanlar, qazilər, veteranlar!

Burada da yanlışlığa yol verilir . Kənardan heç bir qüvvə istər soyqırım hadisəsinə qədər, istərsədə bundan sonra Xocalı şəhərində olub , döyüşlərdə iştirak etməmişlər. Xocalını müdafiə edən qüvvələr aşağıda göstərilənlərdir :
- Milli Qəhrəman Tofiq Hüseynovun rəhbərlik etdiyi Xocalılardan ibarət könüllü döyüşçülərin yer aldığı ərazi özünümüdafiə batalyonu , təxminən 150 - 170 əsgər və zabit ,
-Milli Qəhrəman Əlif Hacıyevin rəhbərlik etdiyi Xocalı aeroportunu mühafizə edən 25 -30 nəfərdən ibarət polis əməkdaşları ,
-Milli Qəhrəman Aqil Quliyevin rəhbərlik etdiyi könüllü döyüşçülər 21 - 25 nəfər ,
- Şamaxıdan olan rəis müavini Hafizin rəhbərlik etdiyi Xocalı şəhər polis şöbəsinin 65 - 70 nəfərlik şəxsi heyəti
Müdafiə qüvvələrinin sayını soyqırım hadisəsi baş verənə qədər müxtəlif səbəblər üzündən Ağdama gəlmiş , Xocalı şəhəri tam mühasirəyə düşəndən sonra geriyə dönə bilmədikləri üçün tam dəqiqliyi ilə göstərə bilmədim .
Burada bir Xocalı sakini olaraq soyadını unutduğum , həmin ağır anlarda Xocalının polis rəisini əvəz edən , cəsur milis zabiti şamaxılı Hafizin və Aqil Quliyevlə bərabər Xocalıya köməyə gəlmiş 25 nəfər könüllü döyüşçülərin xatırlanmamasını da bağışlanmaz yanlış addım olmasını xüsusilə qeyd edirəm .
Yuxarıda sadaladığım bu qüvvələr 366 -cı motoatıcı alayın , xaricdən gətirilmiş muzdlu dəstələrin və yerli etmənilərdən ibarət çoxsaylı hərbi qüvvələrin qarşısında dayanmışdılar ...
Başqa yerdən heç bir kömək olmamış , bunlar bir yana hətta Şuşa və Ağdam istiqamətlərindən Xocalını işğal edən ermənilərə tərəf atəş açılmasına belə icazə verilməmişdi . Səbəb kimi həmin gecə Xocalı şəhərini işğaldan azad edilmə əməliyyatının keçiriləcəyi göstərilmişdi ?!

3. Xocalı soyqırımı keçmiş Xocalı kənd sovetliyini təşkil edən üç kəndin , Xocalı , Qaladərəsi və Dərələyəz kəndlərinin ərazisində , burada yaşayan və başqa bölgələrdən məcburən köçürülüb burada məskunlaşan insanlara qarşı törədilmişdir .

Hörmətli media nümayəndələri Xocalı şəhəri ilə Xocalı rayonunu eyniləşdirməyin !
Çünki soyqırım gecəsi bu gün Xocalı deyərək ümumi ad altında izləyicilərin beyninə yeritdiyiniz , Xocalı rayonuna verilmiş kənd və qəsəbələrdə yaşayanların böyük əksəriyyəti soyqırım qurbanı deyil , soyqırım hadisəsini törədənlər idi . Keçmiş Xocalı kənd sovetliyinə daxil olan Həsənabad qəsəbəsidə daxil olmaqla , Əsgəran qəsəbəsi , Noraguğ , Daşbulaq ,Xansk , Badara , Qayabaşı , Mehdikənd ,Ballıca kəndlərində yaşayan ermənilər Xocalı şəhərinə hücum edərək keçən əsrin ən qanlı hadisəsini törətdilər .
Bu gün həmin qəsbkarların yaşamış olduğu Ballıca kəndində dünyaya gələn körpəni (gecdə olsa körpəyə qədəmlərin mübarək deyərək can sağlığı arzu edirəm , valideyinlərinə göz aydınlığı verirəm) Xocalıda , şəhidlərin göz yaşı , qanı tökülmüş torpaqda ilk körpəmiz dünyaya gəldi , yazmaq və bu başlıq altında ictimaiyyətə təqdim etmək nə dərəcədə düzgündür ?
Axı Ballıca kəndində heç vaxt şəhid qanı axıdılmayıbdır !
Əksinə Ballıca kəndinin ermənilərinin də daxil olduğu silahlı quldurlar günahsız Xocalıların qanlarını axıdıblar ! Bunu yazan jurnalist və yaxud səsləndirən aparıcı bu acı həqiqəti bilmirsə , bəs həmin saytların , televiziya kanalının rəhbərliyi hara baxır?
Əsil həqiqətdə isə bir neçə ay əvvəl Xocalıda ilk dünyaya gələn körpə elə vəhşicəsinə qətlə yetirilən özünü müdafiə batalyonunun döyüşçüsü , şəhid Məmmədov Vasif Salman oğlunun nəvəsidir .Və bu gün babası Vasifin adını daşıyan körpənin harada olmasından Xocalı Soyqırımını tanıtma ictimai birliyinin sədri Ceyran Əkbərqızı özü danışsa daha yaxşı olar .

4. "Biz və bizim dağlar" abidəsinin (Tatik -papik) üzü Ermənistana baxır ?!

Bir vaxtlar mediamızın bəzi nümayəndələri abidənin üzünün Ermənistana qarşı inşa edilməsindən yazır , bunun Qarabağın Ermənistana birlışdirilməsinə dair işarə olmasından və buna görə də sökülməsinin zəruriliyindən bəhs edirdilər .Mən heykəlin sökülməsinə qarşı olmasamda , bunun əyani şəkildə belə olmadığını onlara izah etmək cəhdlərim fayda vermirdi .Həmin heykəlin yanında çəkil çəkdirənlər görəsən heykəlin üzünün Ermənistana deyil , Malbəyli kəndinə baxmasının fərqindədirlərmi?

5.Erməni quldur dəstələrinin 1991- ci ilin sonunda ilk dəfə Meşəli kəndinə vəhşicəsinə hücumunu kimlər dəf etmişdilər ?

Burada da yanlışlığa yol verilir , hətta başqalarının əziyyətini öz adına çıxmaq cəhdləri edilir , kitab yazılır , yazılar dərc olunur ...
Əsil həqiqətdə isə Meşəli kənd sakinlərinin kütləvi qırğının və deportasiyasının qarşısını Milli Qəhrəman Tofiq Hüseynovun rəhbərlik etdiyi on bir nəfər Xocalı könüllü döyüşçüləri almışdılar. Bundan nəticə çıxarıb Meşəli kəndinin müdafiəsini gücləndirməyən hakimiyyət həmin ərazinin bir qədər keçmiş işğal olunmasına şərait yaratdılar. 
Bəzi mənbələr yanlış olaraq Rövşən Cavadovun omonçularının, bəziləri Şuşa polisinin Meşəli kəndini azad etməsi barədə Sultan Laçının kitabına və bəzi şahid ifadələrinə istinad edərək həqiqəti təhrif etməsi yolverilməzdir.
Bu siyahını daha da uzatmaq olar .Ancaq müasir oxucunun uzun uzadı yazıları oxumadığını nəzərə alaraq, elə bu yazdıqlarımı oxumalarına ümid edərək nöqtəni qoyuram.

Akif Mirsiyaboğlu 

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
16
Demokratikmusavat.com

1Источники