RU

Cəbrayıl şəhərinə növbəti köç yola salınıb - FOTO - YENİLƏNİB-1

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.

APA xəbər verir ki, köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Cəbrayıl şəhərinə 33 ailə - 183 nəfər köçürülüb.

***

06:47

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

APA xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 33 ailə - 183 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

***
06:15

Bu gün Cəbrayıl şəhərinə növbəti köç yola salınır.

APA xəbər verir ki, bu dəfə ümumilikdə 33 ailə (183 nəfər) Cəbrayıla köçürülür.

Bakı şəhərindən – 21 ailə (120 nəfər), Sumqayıt şəhərindən – 3 ailə (16 nəfər), Abşeron rayonundan – 3 ailə (13 nəfər), Biləsuvar rayonundan – 2 ailə (11 nəfər), Xaçmaz rayonundan – 1 ailə (7 nəfər), Gəncə şəhərindən – 1 ailə (6 nəfər), Füzuli rayonundan 1 ailə (6 nəfər)Şabran rayonundan – 1 ailə (4 nəfər) Cəbrayıla yola salınır.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Cəbrayıl şəhərinə cəmi 512 ailə (2293 nəfər) köçürülmüş olur.

Cəbrayıl Cəbrayıl Cəbrayıl
Избранный
9
49
apa.az

10Источники