Bakı, TurkicWorld
Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlığın gündəliyində duran məsələlər, o cümlədən, iqtisadi-ticarət əlaqələrinə dair fikir mübadiləsi aparılıb.
TurkicWorld-ə bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, fikir mübadiləsi iqtisadiyyat nazirinin müavini Anar Axundov ilə Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonun başçılıq etdiyi nümayəndə heyəti arasındakı görüşdə aparılıb.