Bakı. Trend:
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında fondbazarının inkişafına dair əməkdaşlığın gücləndirilməsi müzakirəedilib.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bu, Mərkəzi Bankın sədri Taleh KazımovunBirləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Əbu-Dabi QiymətliKağızlar Birjasında olduğu zaman baş tutub.
Görüş zamanı Birja ilə tanışlıq çərçivəsində təqdimat keçirilibvə fəaliyyət istiqamətləri üzrə məlumat təqdim olunub.
Qeyd olunub ki, görüş hər iki ölkənin kapital bazarlarınıninkişafının dəstəklənməsi məqsədilə qarşılıqlı əlaqələrin vəpotensial əməkdaşlığın daha da gücləndirilməsi imkanları ətrafındafikir mübadiləsi ilə davam edib.