Bakı. Trend:
HƏMAS hərəkatı sabah azad etməyi planlaşdırdığı əsirlərinsiyahısını İsrailə təqdim edib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, siyahıda 6 İsrail vətəndaşı yer alır.
Məlumata görə, onlar 7 oktyabr 2023-cü ildə əsir götürülmüşEliya Koen, Omer Şem-Tov, Omer Venkert və Tal Şoham, və müvafiqolaraq 2014 və 2015-ci illərdən bəri HƏMAS-ın əsirliyində olanAvera Mengistu və Hişam əs-Seyiddir.
Qeyd edək ki, İsrail tərəfi hər mülki əsirə görə 30 fələstinliməhbusu, o cümlədən terrorda ittiham olunan fələstinlini sərbəstburaxır.
Xatırladaq ki, İsraillə Həmas arasında bağlanmış saziş əsasındaQəzza bölgəsində atəşkəs rejim yanvarın 19-dan etibarən atəşkəsrejimi və əsirlərin mərhələli şəkildə azad edilməsi elanolunub.