Sərfəli rabitə xidmətləri ilə tanınan “Nar” Füzuli şəhərində, Mirzə Uluqbəy adına 1 saylı orta məktəbin şagirdləri arasında “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib. Şagirdlərin yaratdığı əsərlər məktəbin akt zalında sərgilənib.
Şagirdlərin istedadını rəqəmsal dünyaya daşımaq məqsədilə, "Nar" müsabiqənin qaliblərinə müasir planşet və smart qələm hədiyyə edib. Bu təşəbbüslə "Nar" regionun mədəni həyatına töhfə verilməsi və yerli icmanın istedadlı gənclərinin dəstəklənməsini hədəfləyir.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərir. Son 6 ildə Müştəri Loyallığı İndeksi üzrə ölkənin lider mobil operatoru olan “Nar” müştəriyönümlü strategiyasına sadiq qalaraq sərfəli qiymətlərlə üstün xidmət təqdim edir.








