RU

Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alındı

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatınınəməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaqtəcridxanasına mobil telefonların keçirilməsinin qarşısıalınıb.

Penitensiar xidmətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həbsolunmuş Əbdüləli Yadigar oğlu Quliyevə nişanlısı tərəfindəngətirilmiş sovqata baxış keçirilən zaman qazanın içərisində xüsusiüsulla gizlədilmiş 2 ədəd işlək vəziyyətdə olan "Samsung" markalımobil telefon aparatı, 2 ədəd elektrik qidalandırıcısı və 2 ədədqulaqcıq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarındasaxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və yaötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir dahavətəndaşların diqqətinə çatdırılır.

Избранный
15
25
az.trend.az

10Источники