RU

Mayk Vals: ABŞ-yə mineral sövdələşməni təklif edən Zelenskidir

Avropa faktiki olaraq Ukraynada nizamlanmaya qarşıdır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə Ukraynada nadir torpaq elementləri ilə bağlı müqavilə imzalayacaq.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib.

Onun sözlərinə görə, imzalanma yaxın gələcəkdə baş verəcək.

Vals vurğulayıb ki, ABŞ-yə mineral sövdələşməni təklif edən Zelenskidir.

“Avropa faktiki olaraq Ukraynada nizamlanmaya qarşıdır. ABŞ hesab edir ki, bu hərəkətlər mənasızdır”, - Ağ Ev rəsmisi əlavə edib.

Избранный
31
6
operativmedia.az

8Источники