Bakı. Trend:
Paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyiproqnozlaşdırılan qarlı hava şəraiti ilə əlaqədar olaraq PeşəkarFutbol Liqası 2-ci Liqanın 24-25 fevral tarixlərində keçirilməsinəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib.
Bu barədə TrendPFL-ə istinadən xəbər verir.
Bildirilib ki, oyunların 27, 28 fevral və 1 mart tarixlərindəkeçirilməsi qərara alınıb.
"Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumatveriləcək", - deyə PFL-dən bildirilib.