RU

Zelenski ABŞ ilə mineral sazişini tezliklə imzalayacaq - Ağ Ev

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə nadir torpaq metallarına dair sazişi tezliklə imzalayacaq.

Publika.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib.

Onun sözlərinə görə, Zelenskinin həmin sazişi tezliklə imzalaması gözlənilir.

Diplomat xatırladıb ki, 2024-cü ilin sentyabrında Ukraynanın mineral ehtiyatlarının işlənilməsini məhz Zelenski təklif edib.

Избранный
43
publika.az

1Источники