RU

Misli Premyer Liqası: “Neftçi” doğma meydanda “Sumqayıt”ı məğlub edib

Bakı, 21 fevral, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında XXIV tura start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Neftçi” doğma meydanda “Sumqayıt”la qarşılaşıb.

“Neftçi Arena”da təşkil olunan matç ev sahibinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə yeganə qolu 90+3-cü dəqiqədə penaltidən Filip Ozobiç vurub.

Hazırda Bakı klubu turnir cədvəlində 27 xalla 6-cı, Sumqayıt təmsilçisi isə 22 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri fevralın 22-i və 23-də oynanılacaq.

Избранный
21
22
azertag.az

10Источники