RU

Emil Mustafayev “Çernomorets”də debüt etdi - Video

style='margin-bottom:10px;'>

Ukrayna Premyer Liqasında 18-ci tura start verilib. 

QOL.az xəbər verir ki, milli komandamızın yarımmüdafiəçisi Emil Mustafayevin yeni transfer olunduğu “Çernomorets” səfərdə “Kolos”la qarşılaşıb. 

Meydana start heyətində çıxan Mustafayev bununla da yeni klubunda debüt edib. O, 88-ci dəqiqədə Kaio Qomeslə əvəzlənib. 
Millimizin 23 yaşlı üzvünün “Çernomorets”də debütu uğurlu alınıb və komandası səfərdə əzmkar qələbə qazanıb.

"Kolos" - “Çernomorets” - 1:2

Qollar: Mikola Kovtalyuk, 2 (1:0), Yevgeniy Skiba, 10 (1:1), Kiril Popov, 87 (1:2)

Bununla da xallarının sayını 15-ə çatdıran Odessa klubu turnir cədvəlində 14-cü pilləyə yüksəlib. 

Qeyd edək ki, Emil Mustafayev ayın əvvəlində “Polessye”dən “Çernomorets”ə keçib. 

Избранный
22
2
teleqraf.com

4Источники