Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) Ukrayna üzrə kommunikasiya direktoru Toby Fricker, Rusiya ilə davam edən müharibə səbəbindən Ukraynada keçən il uşaq ölümlərinin 2023-cü ilə nisbətən 50 faiz artdığını bildirdi.
Sherg.az xəbər verir ki, Fricker öz qiymətləndirmələrini BMT-nin Cenevrədəki ofisinin həftəlik mətbuat konfransında onlayn olaraq iştirak edərək edib.
Rusiya ilə Ukrayna arasında müharibənin 2022-ci ilin fevralında başladığını xatırladan Fricker bu müddətdə ölkədə hər 5 uşaqdan 1-nin yaxın qohumunu və ya dostunu itirdiyini bildirib.
Fricker, BMT-nin təsdiq etdiyi rəqəmlərə görə, müharibə başlayandan bəri 2520-dən çox uşağın öldüyünü və ya yaralandığını qeyd edərək, real rəqəmin yəqin ki, daha çox olduğunu qeyd edib.
Ukraynada vəziyyətin getdikcə pisləşdiyini vurğulayan Fricker, "2024-cü ildə uşaq itkilərində 2023-cü ilə nisbətən 50 faiz artım oldu. Heç bir yer təhlükəsiz deyil. Hücumlardan məktəblər, doğum evləri və uşaq xəstəxanaları təsirləndi. BMT-nin təsdiq etdiyi məlumatlara görə, ümumilikdə 706-dan çox səhiyyə müəssisəsi zərər görüb" deyə bildirib.