RU

Uçuşlar dayandırıldı

Rusiyanın Kazan və Nijnekamsk şəhər hava limanlarında hava gəmilərinin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər qoyulub. Pravda.az Trend-ə istinadən xəbər verir ki, bu haqda "Rosaviasiya"nın rəsmi nümayəndəsi Artyom Korenyako məlumat yayıb.

 

"Hava gəmilərinin ekipaj üzvləri, aviadispetçerlər və aeroport xidmətləri uçuşların təhlükəsizliyinin təmin olunması üçün lazımi ölçülər götürürlər - bu, başlıca prioritetdir", - o bildirib.

 

Xatırladaq ki, bundan bir neçə gün əvvəl Rusiyanın Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk şəhər aeroportlarında təyyarələrin uçuş təhlükəsizliyi məqsədilə "Xalça" planı tətbiq olunmuşdu.

Tarix: 22 Fevral 2025, 10:47   
Избранный
12
9
pravda.az

10Источники