RU

Portuqaliya Azərbaycandan neft alışını kəskin artırıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Portuqaliyaya 109,1 milyonABŞ dolları dəyərində 216 min ton bitumlu süxurlardan alınmış xamneft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 21,2 milyon ABŞ dolları və ya 24,1%,həcm ifadəsində isə 77,3 min ton və ya 55,7% çoxdur.

Dövr ərzində Portuqaliya Azərbaycanın ən çox neft ixrac etdiyiölkələr sırasında 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, sözügedən dövr ərzində bitumlu süxurlardan alınmışxam neft və xam neft məhsulları Azərbaycandan ən çox İtaliyayaixrac edilib. Belə ki, bu ilin yanvar ayında İtaliya Azərbaycandan932,7 milyon ABŞ dolları dəyərində 1,7 milyon ton neft idxal edibki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından822,2 milyon ABŞ dolları və ya 8,4 dəfə, həcm baxımından isə 1,5milyon ton və ya 9,4 dəfə çoxdur.

Избранный
41
2
az.trend.az

2Источники