RU

Emil debüt etdi, komandası qalib gəldi

Ukrayna premyer-liqasında 18-ci tura start verilib.

"Football-plus.az" xəbər verir ki, Emil Mustafayevin yeni transfer olunduğu “Çernomorets” səfərdə “Kolos”la qarşılaşıb.

Meydana start heyətində çıxan həmyerlimiz bununla yeni klubunda debüt edib. O, 88-ci dəqiqədə Kaio Qomeslə əvəzlənib. Futbolçunun debütu uğurlu alınıb və komandası səfərdə əzmkar qələbə qazanıb - 2:1. Odessa klubu 15 xalla 14-cü pillədədi.

Qeyd edək ki, Emil fevralın əvvəlində “Polessye”dən “Çernomorets”ə keçib.

Избранный
4
2
football-plus.az

4Источники