Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhərinin Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yanğın başverməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-inDövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlbolunub.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsindəümumi sahəsi 300 kvadrat-metr olan ikimərtəbəli fərdi yaşayışevində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısamüddətdə söndürülüb.
Yanğın nəticəsində səkkizotaqlı fərdi yaşayış evinin birincimərtəbəsində mətbəxin yanar konstruksiyaları 40 kvadrat-metr sahədəyanıb.
Qeyd edilib ki, evin böyük hissəsi yanğından mühafizəolunub.