RU

Ukrayna Amerikadan LNG almaq istəyir

Ukrayna ABŞ-ın qlobal enerji dominantlığı üçün səylərini dəstəkləyərək, Amerikanın mayeləşdirilmiş təbii qazının (LNG) uzunmüddətli alınmasına can atır.

İki sahil” xəbər verir ki, bunu Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak deyib.

Yermak əlavə edib ki, Ukrayna hökuməti Amerika LNG şirkətlərini tələbatın necə ödəniləcəyini müzakirə etmək üçün ölkəyə dəvət etmək prosesindədir.

Fevralın 5-də Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa bəyan edib ki, Kiyev Amerika LNG-ni öz yeraltı qaz anbarlarında saxlamaq istəyir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
51
ikisahil.az

1Источники