RU

HƏMAS-ın azad etdiyi iki əsir artıq İsrailə çatıb

Bakı.Trend:

Fələstinin HƏMAS hərəkatı tərəfindən azad edilmiş iki israilliəsir hərbçilərin müşayiəti ilə İsrail ərazisinə çatıb.

Trend xəbər verirki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İsrail Müdafiə Ordusunun və ÜmumiTəhlükəsizlik Xidmətinin xidmətçilərinin müşayiəti altında geriqaytarılmış iki əsir sərhədi keçib və artıq İsrailərazisindədirlər. İndi onlar İsrailin cənubunda ilkin görüşnöqtəsinə yollanırlar – orada öz ailə üzvləri ilə görüşəcəklər”, -deyə bəyanatda deyilir.

Ümumilikdə gün ərzində əlavə dörd əsirin də HƏMAS tərəfindənazad edilməsi planlaşdırılır. Bunun qarşılığında İsrail tərəfi 600fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

Məqalədə:
Избранный
25
2
az.trend.az

3Источники