RU

Rusiyanın Rostov-na-Donu şəhərində güclü yanğın olub

Bakı.Trend:

Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən makulatura anbarındagüclü yanğın olub.

Trend bu barədəRusiya KİV-ə istinadən xəbər verir.

Alov sürətlə yayıldığından, 1,8 min kvadrat metr sahəni əhatəedib. Yanğınsöndürmə işləri aparılan zaman dam örtüyünün birhissəsi çöküb. Hadisə yerindən çəkilmiş həvəskar görüntülərdəsəmanı qatı qara tüstü bürüdüyünü görmək olur.

Hadisə yerinə 13 yanğınsöndürmə texnikası və Fövqəladə HallarNazirliyinin 45 xilasedicisi səfərbər olunub. İlkin məlumata görə,yanğında xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbi araşdırılır.

Məqalədə:
Избранный
35
az.trend.az

1Источники