Ötən gün Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində hərəkətdə olan "Mercedes" markalı təcili tibbi yardım avtomobili yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Cahangir Orucovu vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, Cahangir Orucov Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.
