
Naxçıvanda sahibsiz itlər 3 nəfərə xəsarət yetirib.
" Medicina" məlunatına görə, APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Babək rayon Cəhri qəsəbəsində baş verib.
İtlər qəsəbə sakinləri - 1963-cü il təvəllüdlü Babayev Şakir Məmmədbağır oğlu, 1963-cü il təvəllüdlü Fərhadov Famil Seymur oğlu və 1964-cu il təvəllüdlü Rzayev Zeyvəli Salman oğluna hücum edərək onlara xəsarət yetiriblər.
Onlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.