Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Emil Mustafayevin formasını geyindiyi "Çernomorets" səfərdə "Kolos"un qonağı olub.
Qarşılaşma Odessa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Emin də bu görüşün iştirakçısı olub. Yeni klubunda debüt edən 23 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 88-ci dəqiqədə əvəzlənib.
18 turdan sonra 15 xal toplayan "Çernomorets" 16 komanda araslnda turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта