RU

Premyer Liqa: “Qarabağ” “Sabah”la matçda xal itirdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu oyunu lider “Qarabağ”la əsas rəqiblərindən biri hesab olunan “Sabah” arasında baş tutub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edib.

“Qarabağ”la “Sabah” daha öncə 25 oyunda üz-üzə gəlmişdilər. Bu oyunlarda ağdamlıların 15, bakılıların 2 qələbəsi vardı. 8 görüş də heç-heçə bitmişdi. “Qarabağ” son 8 oyunda qol vurmuşdu. “Sabah” səfərdə heç vaxt qələbə qazanmamışdı. Qonaqların bu həsrəti yenə davam edib. Amma onlar liderdən xal ala biliblər. Belə ki, tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Bu heç-heçədən sonra Ağdam təmsilçisi 57 xalla vahid liderdir və ən yaxın izləyicisi “Araz-Naxçıxan”ı (45) 12 xal qabaqlayır. “Sabah” isə 33 xalla 5-ci sırada qərarlaşıb.

Premyer Liqa
24-cü tur
22 fevral

“Qarabağ” – “Sabah” 1:1
Qollar: Abdulla Zubir, 17 – Jesse Sekidika, 35.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 9. Kadi Borges, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 18. Pavol Şafranko, 70. Jesse Sekidika, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 20. Coy Lens Mikels, 3. Con İrasabal, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.

Избранный
10
5
arena.az

10Источники