RU

Vətəndaşlar psixoloji dəstək alarkən hansi məqamlara diqqət etməlidirlər? VİDEO

Elan saytlarında psixoloq xidməti adı ilə paylaşımlar edilir...

Xezerxeber.az xəbər verir ki, bir seansı 25-75 manat arasında dəyişir. Hətta onlayn xidmət də mövcuddur.

Mütəxəssislər isə bildirirlər ki, son vaxtlar belə xidmətlərdən istifadə edərək zərərçəkən şəxslərin sayı artıb. Onların sözlərinə görə, bu halda müacilə almaq üçün gedən şəxslər daha da ağır vəziyyətə düşürlər.

Vətəndaşlar psixoloqlara müraciət edərkən mütləq onun təhsilini, təcrübəsini araşdırmalıdırlar.

Mütəxəssis qeyd edib ki, düzgün olmayan yanaşma psixoloji problemləri daha da artıra bilər. Vətəndaşlar şübhəli psixoloji xidmətlər və ya qeyri-peşəkar fəaliyyətlə bağlı aidiyyəti qurumlara müraciət edərək rəsmi məlumat əldə edə bilərlər.

Bəs bu sahə üzrə təhsili olmayan hər kəs belə rahat formada psixoloq kimi fəaliyyət göstərə bilərmi?

Onların fəaliyyətinə nəzarət varmı?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
14
9
xezerxeber.az

10Источники