Qarlı və buzlu hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirir.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, sükan arxasında olan sürücülər DYP əməkdaşlarının hərəkətin təhlükəsizliyi ilə bağlı tələblərinə əməl etmələri tövsiyə olunur.
DİN tərəfindən yollarda olan vəziyyətlə bağlı informasiyalar fasiləsiz dislokasiya üzrə naryad qruplarına ötürülür.