RU

Sergey Lavrov İrana gedir

  Rusiya XİN Sergey Lavrovun yaxın zamanda İrana səfərini təsdiqlədi.

Referans.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat yayıb.

“Bəli, yaxın zamanda belə bir səfər nəzərdə tutulub. Dəqiq tarixi daha sonra açıqlayacağıq”, – Zaxarova bildirib.

Xatırladaq ki, daha əvvəl İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai Lavrovun yaxın zamanda Tehrana səfər edəcəyini demişdi.

Səfərin İran və Rusiya arasında ikitərəfli əməkdaşlıq və regionda baş verənlərlə bağlı məsləhətləşmələr məqsədilə baş tutacağı deyilir./globalinfo.az  

Избранный
16
referans.az

1Источники