Türkiyə I Liqasında XXVI turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin çıxış etdiyi “Çorum” doğma meydanda autsayder “Adanaspor”la heç-heçə edib.
Diniyev matça ehtiyat oyunçular skamyasında başlayıb. 29 yaşlı yarımmüdafiəçi 90+3-cü dəqiqədə Tunahan Ergülün yerinə meydana daxil olub.
“Çorum” hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Türkiyə I Liqası
XXVI Tur
22 fevral
Çorum – Adanaspor 1:1
Qollar: D.Avounou, 72 – S.Çikalleşi, 45+1 (pen.)