RU

Trampdan KRİTİK MESAJ

"ABŞ Ukraynadan sələfi Co Bayden administrasiyasının münaqişəyə xərclədiyi 350 milyard dolları geri qaytarmağa çalışacaq".

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında (CPAC) çıxışı zamanı deyib.

Siyasətçi qeyd edib ki, Aİ ölkələri Kiyevə kredit şəklində yardım edib, Vaşinqton isə pulsuz vəsait ayırıb. Tramp bunun ədalətsiz olduğunu düşünür.

Amerika liderinin sözlərinə görə, ABŞ nadir torpaq metallarından əlavə, münaqişə ilə bağlı xərclərini geri qaytarmaq üçün Ukraynadan neft və “istədiyi hər şeyi” almaq istəyir.

Tramp eyni çıxışında Vaşinqtonun Kiyevlə nadir torpaq metalları ilə bağlı müqavilə bağlamağa yaxın olduğunu bildirib. Onun sözlərinə görə, bu saziş Ukraynaya dəstək üçün yatırılan Amerika vəsaitlərini geri qaytarmaq üçün daha geniş strategiyanın bir hissəsi olmalıdır. Ağ Evin rəhbəri vurğulayıb ki, Birləşmiş Ştatlar “olduqca çox pul ödəyib və indi bunun əvəzində nəsə almaq vaxtıdır”.

Избранный
13
13
publika.az

10Источники