RU

ADY tərəfindən qarlı-şaxtalı hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri davam etdirilir

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Dəmir Yolları QSC (ADY) tərəfindən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, təhlükəsizlik tədbirləri davam etdirilir.

ADY-dən AZƏRTAC-a bildirilib ki, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında sərnişin qatarlarının qarşılanıb yola salınması, piyada keçidi və körpülərinin, platformaların qardan təmizlənməsi, xüsusi örtüklü cığırların salınması üçün fasiləsiz iş görülür. Bununla yanaşı, sərnişinlərin sürüşmə təhlükəsi ilə bağlı məlumatlandırılması üçün platformalarda təhlükəsizlik nişanları qoyulub.

Hər bir sərnişinin təhlükəsizliyi bizim üçün çox önəmlidir. Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək.

Избранный
5
13
azertag.az

10Источники