RU

Britaniyanın baş naziri Trampa MƏSLƏHƏT VERDİ

Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ-ı Ukraynaya dəstəyi davam etdirməyə və ona lazımi təhlükəsizlik təminatları verməyə çağırıb.

OXU24.COM  xəbər verir ki, o, bu barədə Vaşinqtona səfərindən əvvəl “The Sun” da dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, Ukraynanı təhlükəsizlik zəmanəti ilə dəstəkləmək ABŞ və Britaniyanın maraqlarına uyğundur. Eyni zamanda Starmer vurğulayıb ki, Kiyev istənilən sülh danışıqlarında iştirak etməlidir və Vaşinqtonun dəstəyinə ehtiyacı var.

Starmer, həmçinin ABŞ Prezidenti Donald Trampın münaqişəyə son qoymaq üçün danışıqlara çağırışını dəstəkləyib.

"Prezident Tramp həm də təşəbbüsü ələ almaqda və masada yaxşı sülh sazişinin olub-olmadığını görməkdə haqlıdır", - deyən Britaniyanın baş naziri Amerika lideri ilə danışarkən "hər dəfə sülhə sadiqliyindən heyran qaldığını" vurğulayıb.

Избранный
20
2
oxu24.com

10Источники