Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yollarda təhlükəsizliyin təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Baş Dövlət Yol Polisindən Axar.az-a bildirilib ki, əlverişsiz hava şəraitində nəqliyyat vasitələrinin qış tələblərinə uyğunluğu mütəmadi olaraq yoxlanılır.
“Məqsəd sürücülərin və sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.
Texniki baxımdan yararsız avtomobillər hərəkətdən kənarlaşdırılır ki, bu da yol-nəqliyyat hadisələrinin qarşısını almağa xidmət edir.
Sürücülərə avtomobillərinin qış şəraitinə hazır olduğuna əmin olmaları tövsiyə edilir. Xüsusilə qış təkərlərinin, əyləc sisteminin və işıqlandırma vasitələrinin saz vəziyyətdə olması mütləqdir”, - məlumatda qeyd olunub.