RU

Şoltsun hakimiyyəti başa çatdı

Almaniyanın hazırkı kansleri Olaf Şolts seçkidə məğlubiyyətini etiraf edib və rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb.

heftelik.az-ın “Bild” nəşrinə istinadən verdiyi məlumata görə,  Olaf Şolts nəticələri hazırkı hakim partiya üçün faciə kimi dəyərləndirib.

“Yaşıllar” istisna olmaqla, digər partiyalar da qalib siyasi qüvvəni təbrik ediblər.

Yaşıllar”ın lideri Fransiska Bratner Fridrix Mertzi tənqid edərək bildirib ki,  bölücü kansler lazım deyil, gərgin geosiyasi vəziyyətdə birləşdirici kanslerə ehtiyacları var.

Qeyd edək k, ekzit-pollun nəticlərinə əsasən, Xristian-Demokrat və Xristian Sosial İttifaqı bu gün Bundestaqa keçirilən seçkilərdə 29 faiz səs toplayaraq qalib gəlir. Radikal sağ yönümlü  “Almaniya üçün Alternativ” Partiyası səslərini iki dəfəyə qədər artıraraq 19-20% səs alır. Olaf  Şoltsun Sosial-Demokrat Partiyası isə üçüncü yerdə gəlir, yalnız 16 faiz səs toplayıb. Bu, 2021-ci illə müqayisədə 3 dəfəyə qədər azdır və partiya tarixində əldə olunan ən pis nəticədir.

Nəvbəti yerlərdə Yaşıllar Partiyası və Sol Partiya qərarlaşıb. Bu partiyalar müvafiq olaraq 12,5-13,5% və 8,5-9% səs toplayıb.

Olaf Şolts yeni hökumət qurulana qədər vəzifəsini icra edəcək.

 

 

Избранный
68
heftelik.az

1Источники