Fransa prezidenti Emmanuel Makron bazar günü, fevralın 23-də bir sıra Aİ ölkəsi və digər dövlətlərin liderləri ilə telefon danışığı aparıb. Bu zaman onlarla Ukrayna məsələsini müzakirə edib...
Poliqon xəbər verir ki, Makron bu barədə X sosial şəbəkəsində məlumat verib.
Fransa liderinin sözlərinə görə, o, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa Şurasının prezidenti Antonio Kosta, Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın baş naziri Key Starmer, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın baş naziri Viktor Orbanla danışıqlar aparıb.
"Son bir neçə gündə avropalı həmkarlar və müttəfiqlərlə müzakirələri davam etdirərək, biz Ukraynada uzunmüddətli, sabit sülhə nail olmaq istəyirik", Fransa lideri yazıb.
Poliqon.info