Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Yasamal rayonu, Zahid Xəlilov küşəsində yerləşənçoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsibarədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədardərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətininqüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanıonmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yanğınla müşayiətolunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfərxəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizliktədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırmaaparılır.