RU

Fransanın dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələrinin Azərbaycana səfəri başlayıb

Fransa müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələrinin Azərbaycana səfəri başlayıb.

Olaylar.az xəbər verir ki, səfər 24-26 fevral tarixlərini əhatə edəcək.

Səfər çərçivəsində mətbuat nümayəndələrinin Bakı Təşəbbüs Qrupu ofisində görüşü baş tutacaq, onlara BTQ-nin fəaliyyəti haqqında təqdimat veriləcək.

Həmçinin, Milli QHT Forumu ilə və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində də görüşün keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, mətbuat nümayəndələrinin səfəri fevralın 27-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
34
3
olaylar.az

5Источники