RU

Böyük Britaniya Rusiyadan olan bütün yüksək vəzifəli siyasətçilərin ölkəyə girişini qadağan edəcək

Britaniya Rusiyaya qarşı son sanksiyalar paketi çərçivəsində bütün yüksək vəzifəli siyasətçilərin, məmurların və rəhbər şəxslərin ölkəyə girişini qadağan etməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Times" qəzeti yazır.

Məlumata görə, Daxili İşlər Nazirliyi “bütün regional və federal nazirləri, habelə Rusiyanın iri şirkətlərinin direktorlarını və yüksək səviyyəli menecerlərini” sanksiyalar siyahısına əlavə edəcək.

Ölkə hakimiyyəti belə bir addımın atılması zərurətini Rusiya rəhbərliyinə siyasi təzyiqi artırmaq və “Kremllə bağlı elitalar” tərəfindən yaranan “milli təhlükəsizliyə təhdidləri azaltmaq” niyyəti ilə izah edib.

Избранный
16
operativmm.az

1Источники