RU

Tramp bu həftə Rusiya-Ukrayna müharibəsini bitirə bilər - Ağ Ev

Bakı, TurkicWorld

Ağ Evin sözçüsü Karolin Leavitt bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün bu həftə razılığa gələ bilər.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Leavitt Mühafizəkarların Siyasi Fəaliyyət Komitəsinin (CPAC) Vaşinqtonda keçirilən 2025-ci il illik toplantısından qayıdarkən Ağ Evdə jurnalistlərlə görüşüb.

Onun sözlərinə görə, Tramp və komandası müharibəni bitirmək üçün Rusiya və Ukrayna ilə danışıqları davam etdirir və bu həftə razılıq əldə oluna bilər.

“Prezident Tramp müharibəni bitirməkdə qətiyyətlidir və mümkün razılaşma ABŞ-ın xərclərini geri qaytara bilər”, – deyə Leavitt vurğulayıb. O əlavə edib ki, ABŞ və Ukrayna arasında gözlənilən razılaşma iki ölkə arasındakı iqtisadi əlaqələr və Ukraynanın yenidən qurulması üçün mühüm rol oynayacaq.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Ukrayna prezidenti Volodimir Zelenskinin yaxın zamanda ölkəsi ilə qiymətli metallar üzrə saziş imzalayacağına inandığını bildirib.

Qeyd edək ki, Fevralın 3-də Donald Tramp ABŞ-ın Ukraynadan nadir torpaq elementləri almaq niyyətində olduğunu açıqlayıb. O, Ukraynadakı müharibənin sona çatmalı olduğunu qeyd edərək, ABŞ-ın Kiyevə dəstəyinin qarşılığında müəyyən dividentlər əldə etməli olduğunu vurğulayıb.

Избранный
33
50
turkic.world

10Источники