Bakı. Trend:
Avropa İttifaqının Xarici İşlər Nazirləri Rusiyaya qarşı sayca16-cı sanksiyalar paketini təsdiqləyib.
Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqınınrəsmi saytında bəyanat yayılıb.
Məlumata görə, sanksiyalar aşağıdakılardır:
- Sanksiyalar paketinə ümumilikdə 48 fiziki və 35 hüquqi şəxsdaxil edilib.
- Sanksiyalar siyahısına Rusiyadan və Ukrayna münaqişəsindəRusiyaya yardım göstərmək iddiası ilə Hindistan, Qazaxıstan, Çin,BƏƏ, Sinqapur, Türkiyə və Özbəkistandan olan 53 şirkət daxiledilib.
- Rusiyanın “kölgə donanmasına” aid olduğu iddia olunan 74 dənizgəmisinə qarşı məhdudiyyətlər tətbiq olunub.
- Avropada səkkiz Rusiya KİV, o cümlədən “Eurasia Daily”, “NewsFront”, “SouthFront”, “RuBaltic.ru”, “Lenta.ru”, "Zvezda"telekanalı, “Fondsk” və “Strateji mədəniyyət fondu” media qurumununyayımı dayandırılıb.
- 13 Rusiya Bankı SWIFT sistemindən çıxarılıb.
- Maliyyə təşkilatları üçün Rusiya Mərkəzi Bankının MaliyyəMesajlarının Ötürülməsi Sistemindən istifadə edən tranzaksiyalaraqadağa tətbiq edilib.
- Aİ neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq vətexnologiyaların tədarükünə yeni məhdudiyyətlər qoyub.
- Avropa biznesinə bəzi Rusiya limanları və hava limanları iləsövdələşmələr aparması qadağan edilib
- İlkin alüminiumun idxalına qadağa qoyulub. Sanksiyalar həmçinin"kimyəvi maddələr, bəzi plastik və kauçuk növləri"ni əhatə edir.Məhdudiyyətlər xrom birləşmələri və iğtişaşların yatırılması, eləcədə PUA-ların idarə olunması üçün istifadə edilən xlorpikrin kimyəviprekursorlarının tədarükünə də şamil olunub.
- Oyun konsollarının ixracı qadağan edilib.
- Avropa şirkətlərinə təyyarə və aviasiya texnologiyalarınınixracı qadağan olunub.
- Neft və qaz hasilatı üçün proqram təminatı, avadanlıq vətexnologiyaların tədarükünə yeni məhdudiyyətlər tətbiq edilir.