RU

ƏDV ilə bağlı bəzi tələblər ləğv edilib

Bakı. Trend:

Mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdimolunan elektron qaimə-fakturalarda ƏDV məbləğinin köçürülməsi üçünnəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərigöstərilməyəcək.

Trend xəbərverir ki, bu, Nazirlər Kabinetinin “Vergi ödəyicisinə verilmişelektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin)dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabındauçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılanəməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinəköçürülməsi Qaydaları”na etdiyi dəyişiklikdə öz əksini tapıb.

Bundan əlavə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxstərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada,müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçünnəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərigöstərilməyəcək.

Həmçinin Azərbaycan ərazisində istehsal olunan kənd təsərrüfatıməhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxstərəfindən alıcıya təqdim olunan qəbzdə, çekdə, elektronqaimə-fakturada ƏDV-nin məbləğinin köçürülməsi üçün nəzərdə tutulanƏDV-nin depozit hesabının rekvizitləri göstərilməyəcək. Həminməhsulların alıcıların qəbzdə, çekdə, elektron qaimə-fakturadagöstərilən kənd təsərrüfatı məhsullarının ƏDV-siz dəyərini onlarıtəqdim edən şəxsin bank və digər ödəniş hesabına, ticarətəlavəsindən hesablanan ƏDV-nin məbləğini isə ƏDV-nin depozithesabına köçürmələri tələbi də aradan qaldırılıb.

Избранный
4
49
az.trend.az

10Источники